Beləliklə, ABŞ-la Çin arasında gərgin rəqabətdə yeni mübarizə meydanı formalaşıb. ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən bir neçə gün sonra süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacağını bəyan etmişdi. Söhbət “Stargate” adlandırılan layihədən gedirdi. Bu layihəyə bir neşə iri şirkət cəlb olunub. “Bu monumental layihə Amerikanın yeni Prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir” deyən Tramp bu layihənin icrası üçün gərəkən infrastruktur yaradılacağını vurğulamışdı. Ancaq Tramp bunu söylədikdən bir neçə gün sonra Çindən zərbə aldı, “DeepSeek” süni intellekt startapına görə ABŞ-ın texnoloji şirkətləri trilyonlarla dollar itirdilər. Çinli startapın Quql və “OpenAİ” kimi nəhəng rəqiblərini geridə qoyduğu, ucuz qiymətə və daha az çiplə formalaşdırdığı süni intellekt modeli dünyada geniş şəkildə istifadə olunmağa başladı və son model ən çox yüklənən süni intellekt proqramına çevrildi. Ağ Ev bu prosesin qarşısını almağa çalışacaq. ABŞ Prezidentinin süni intellekt üzrə müşaviri Devid Saks “Foks Nyus” televiziya kanalına müsahibəsində “DeepSeek” şirkətinin kəşfinin oğurluq məhsulu olduğunu iddia edib. Saksın sözlərinə görə, Çin şirkəti ABŞ şirkətlətlərinin bilgilərindən istifadə edib. Saksın iddiaları təsdiqlənərsə, Vaşinqton Çinin texnoloji şirkətlərinə qarşı daha ciddi tədbirlər həyata keçirəcək”, - politoloq bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta