![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/dfbde0d9c9523c473e02b17a40db5e86.webp)
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor sosial şəbəkədə rusiyalı Həbib Nurməhəmmədovu döyüşə çağırıb. O, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Mənimlə döyüş, 100 milyon dollar qazan və bu pulları bütün kəndinə payla. Amma bunu etməyəcəksən. Niyə? Çünki sən qorxaq və tənbəlsən", - o yazıb. Xatırladaq ki, 2018-ci ilin oktyabrında Həbib Nurməhəmmədov Makqreqoru məğlub edib.
Mətləb