AZ

USAID terror təşkilatının liderlərindən birini maliyyələşdirməkdə şübhəli bilinir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



USAID "Əl-Qaidə"nin gələcək liderini maliyyələşdirməkdə şübhəli bilinir.
Oxu.Az bu barədə gazeta.ru-ya istinadən məlumat verir.
Kanadalı jurnalist Ketrin Herric "X" sosial şəbəkəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "Əl-Qaidə"nin gələcək lideri Ənvər əl-Avlakinin kollec təhsili üçün tam şəkildə ödədiyi ödəniş qaiməsinin fotoşəklinə diqqət çəkib.
Qeyd olunur ki, həmin şəxs ABŞ kəşfiyyat orqanları tərəfindən 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında, eləcə də 2000-ci illərin ikinci yarısında bir sıra hücumlarda iştirakda şübhəli bilinirdi. Terrorçu 2011-ci il sentyabrın 30-da Yəməndə ABŞ-nin pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində öldürülüb.
Seçilən
65
4
oxu.az

10Mənbələr