AZ

Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib

2024-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 22 idmançısından test nümunəsi götürülüb.

Apasport.az xəbər verir ki, Rusiyada 11, Almaniyada 5, Fransada 2, Belçika, İtaliya, Malayziya və Serbiyada isə 1 idmançı antidopinq testindən keçib.

Testetmə AMADA-nın Rusiya Antidopinq Agentliyi (RUSADA) və PWC şirkəti ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.

Ötən il AMADA 98 beynəlxalq sifariş əsasında test həyata keçirib. Belə ki, bunlardan 85-i Dünya Güləş Birliyi, 10-u Beynəlxalq Cüdo Federasiyası, 2-si Beynəlxalq Boks Assosiasiyası və 1-i isə Beynəlxalq Müasir Beşnövçülük İttifaqının sifarişi ilə reallaşıb.

Qılıncoynadanımız Estoniyada bürünc medal qazanıb

İdmançılarımız İtaliyada keçirilən Dünya Kubokunda iştirak ediblər

Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib

Atıcılarımız Almaniyada növbəti medalları qazanıblar

Atıcılarımız Almaniyada ilk medallarını qazanıb

Seçilən
84
27
apasport.az

10Mənbələr