AZ

Prezident İlham Əliyev tərəfindən mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir - Şövkət Məhərrəmova

Bakı. Trend:

Mükafata layiq görülməyim haqqında məlumatı ilk dəfə işyoldaşımdan eşitdim. Mənə Prezident İlham Əliyevin sərəncamınıgöndərdi və orada öz adımı görəndə çox həyəcanlandım. Xəbəri ilkelə yanımdakı iş yoldaşlarımla bölüşdüm.

Bu sözləri Trend-ə ötən gün Prezident mükafatına layiq görüləngənclərdən olan, rejissor Şövkət Məhərrəmova təəssüratlarınıbölüşərkən deyib.

O bildirib ki, bu mükafat onu daha böyük uğurlara imza atmağaruhlandırır:

“Prezident İlham Əliyev tərəfindən mükafata layiq görülməyimmənim üçün böyük bir şərəfdir. Bu mükafatı qazanmaq eyni zamandamənim məsuliyyətimi artırır. Ümid edirəm ki, mənə göstərilən buetimadı daima doğruldacağam. Bu çox böyük motivasiyadır və dahaböyük uğurlara imza atmağa ruhlandırır.

Prezident İlham Əliyevin gənclər siyasəti, onların ölkəningələcəyində mühüm rol oynamasına şərait yaradır və onlarınpotensialını ən yüksək səviyyəyə çatdırmaq üçün zəmin yaradır.Gənclər bu siyasətin dəstəyi ilə daha fəal, yaradıcı və müstəqilvətəndaşlar kimi yetişir və ölkənin inkişafına öz töhfələriniverirlər”.

Şövkət Məhərrəmova qeyd edib ki, o, gələcəkdə, daha dairəliləmək, müxtəlif layihələrə imza atmaq və sənət sahəsindəkifəaliyyətini daha geniş miqyasda inkişaf etdirmək istəyir:

“Eyni zamanda, gənc rejissorların yetişməsinə dəstək olmaq,onların inkişafı üçün müasir tədris metodları tətbiq etmək vəonları daha çox praktiki təcrübə ilə təmin etmək məqsədindəyəm.Qarşıda post production mərhələsində olan filmim var, onubitirdikdən sonra müxtəlif festivallara göndərməyiplanlaşdırıram.

Gənclər günü ilə bağlı bütün gəncləri təbrik edir, onlarafəaliyyətlərində uğurlar arzu edirəm”.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev 2025-ci ilGənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncamimzalayıb.

elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş,ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıqsahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclərüçün Prezident mükafatları verilir:

Ağalarov Mircavid Elşad oğlu

Əjdərli Aytac Ceyhun qızı

Əzimov Rüstəm Bakir oğlu

Hacıbəyli Rafael Siyavuş oğlu

İsrafilova Fatimə Seymur qızı

Məhərrəmova Şövkət Fikrət qızı

Məmmədzadə Vüqar Əbdüləli oğlu

Muradova Jalə Tərlan qızı

Nuruzadə Ömər İman oğlu

birgə fəaliyyətə görə:

Abdullayev Nihat Rauf oğlu

Əliyeva Ləman Əhəd qızı.

Seçilən
28
1
az.trend.az

2Mənbələr