![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/1/1/4586ccba-8491-4955-8fed-6e215ee70da3/hemas-israil-girov.jpg)
Qəzza zolağında azad edilən 65 yaşlı İsrail və Amerika vətəndaşı Kit Siqal İsrail əsgərləri tərəfindən İsrailin ərazisinə aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Azad edilmiş girov Kit Siqal IDF qüvvələrinin müşayiəti ilə İsrail ərazisinə gəlib”, - deyə məlumatda bildirilib.
BQXK maşınları azad edilən girovu İsrail Müdafiə Qüvvələrinin hərbçilərinə təhvil verib.