AZ

Leysan Məmmədov yeni vəzifəyə təyin olundu – FOTO

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib.

Bizim.Media “qaynarinfo.az”a istinadən məlumat verir ki, Məmmədov Leysan Novruz oğlu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti (Əvvəlki adı: Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti) Publik Hüquqi Şəxsin İcraçı direktoru təyin olunub.

Qeyd edək ki, Həmidov Övsət Gülhəsən oğlu bir müddət əvvəl Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru vəzifəsindən azad edilib.

Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb. Onun oğlu Elnur Məmmədovun "Sea Breeze"də restoranda dava salması ilə gündəmə gəlmişdi.

Fotoda: Elnur Məmmədov



Bizim.Media

Seçilən
43
40
bizim.media

10Mənbələr