Azərbaycan çempionatının I Liqasında mübarizə aparan "Mingəçevir" futbol klubu ASTA (Azerbaijan Sport Talents Academy) ilə tərəfdaşlığa başladıqdan sonra ilk ciddi addımı atıb.
Bizim.Media xəbər verir ki, klub rəhbərliyi işə infrastrukturla bağlı planları həyata keçirməklə başlayıb.
Bu məqsədlə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təmir və yenidənqurma işləri başlanılıb. Artıq bu barədə PFL də məlumatlandırılıb. İşlər bitənə qədər “Mingəçevir” ev oyunlarını Zaqatala OİK stadionunda keçirəcək.
Qeyd edək ki, klub hazırda I Liqada sonuncu – 10-cu pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta