Rusiya ordusu Ukraynanın Poltava şəhərinə raket zərbəsi endirərək yaşayış binasını vurub...
Hücum nəticəsində dörd nəfər həlak olub, üçü uşaq olmaqla 13 nəfər yaralanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının "Telegram" kanalında xəbər verilib.
Bildirilir ki, binanın birinci mərtəbəsindən beşinci mərtəbəsinə qədər olan hissəsi dağılıb, yanğın baş verib. Qonşu binalara və 12 avtomobilə ziyan dəyib.
"Hazırda xilasetmə qrupları və təcili yardım xidmətləri hadisə yerində işləyirlər", - deyə idarədən qeyd edilib.
***
Rusiya ordusunun Ukraynanın Poltava şəhərində yaşayış binasına raket zərbələri nəticəsində 2 dinc sakin ölüb, 7 nəfər isə yaralanıb.
APA xəbər verir ki, “insider.ua” yaralıların arasında bir azyaşlı uşağın da olduğu barədə yazıb.
Əraziyə xilasedicilər və tibbi briqadalar cəlb edilib.
Aviareyd nəticəsində binanın bir girişi çöküb, həmçinin yaxınlıqdakı avtomobillərdə yanğın başlayıb.
Xarkov da hava zərbələrinə məruz qalıb. Mer İqor Terexovun sözlərinə görə, raketlərdən biri yaşayış binasının yaxınlığına düşüb. Bundan sonra ərazidə yanğın başlayıb.
İ.Terexov ilkin məlumata görə, bir nəfərin yaralandığını da açıqlayıb.
***
Rusiya Ukraynanın Xarkov və Poltava vilayətlərindəki infrastruktura zərbələr endirib.
APA “unian“a istinadən xəbər verir ki, Poltava ərazisində raketlərdən biri yaşayış binasına düşüb. Hadisədən sonra binada yanğın başlayıb.
Həmin ərazilərə elektrik enerjisinin verilməsi də dayandırılıb.
Xarkov Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, hazırda zərərçəkənlər və dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Poliqon.info