![Biləsuvarda](https://1news.az/images/2025/02/01/20250201032753885/thumb.jpg?2025-02-01+15%3A32%3A15)
Qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 9 ədəd ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.