Bildiyiniz kimi "Neftçi" klubuna bir müddətdir ki, yenidən Samir Abbasov baş məşqçilik edir. Azərkeşlər hələ də ümidlə flaqmandan geridönüş gözləyirlər. Bəs bu cür oyunla "Neftçi" irəliləyə biləcəkmi?
Bu barədə 90deqiqe.Az saytına danışan keçmiş futbolçu Aslan Kərimov bildirib ki, sonuncu dəfə "Neftçi" "Qarabağ" üzərində qələbəsini Samir Abbasovla birlikdə qazanıb:
"O, "Neftçi"nin uğursuluğunun nə qədər davam edəcəyi sualınada aydınlıq gətirib: "İndiki halda "Neftçi"nin əvvəlki dövrünə qayıtması gözlənilməzdir. Çünki "Neftçi"nin seçdiyi oyunçular klubun oyun taktikasına uyğun deyil. Bu zaman məşqçinin həm texniki, həm də taktiki atacağı addımlar belə o qədər kömək etmir".
Keçmiş futbolçu onu da qeyd edib ki: "Transferlərin olması mütləqdir, ancaq bu o demək deyilki bütün komandanı bir anda dəyişmək mümkündür. Ümumiyyətlə, bu vəziyyətdən çıxmaq üçün zaman lazımdır. Belə olan halda azərkeşlər də, ictimaiyyət də məşqçinin üzərinə düşür, ancaq hesab edirəm ki bu düzgün deyil, çünki futbolçulardan da çox şey aslıdır. Və yeni oyunçuların transferi isə mərhələli şəkildə həyata keçirilməlidir. Fikrimcə bunun üçün iki-üç sezon vaxt lazımdır ki, istədiyin səviyyəyə gəlib çıxasan".
"Transefer mövzusunda isə bir mənalı olaraq Samir Abbasovun fikri əsas götürülməlidir. Müqayisə olaraq uğurlu çıxış edən komandalardan, "Turan Tovuz" və "Qarabağ"a diqqət yetirsək görərik ki, transferlər məşqçilərin nəzarəti altında həyata keçirilir. Buna istisna olaraq "Araz Naxçıvan"nı da göstərmək olar ki, bəzi transfeləri seleksionerlər, bəzilərini isə baş məşqçilər edir", - deyə o qeyd edib.
Fəxriyyə Adil