Azərbaycan karateçiləri Qırğızıstanın Bişkek şəhərindəki “Bishkek Open” beynəlxalq turnirində medallar qazanıblar.
Apasport.az xəbər verir ki, idman karatesi üzrə yığmanın üç üzvü fəxri kürsüyə qalxıb.
Kumite yarışlarında böyüklər arasında Aslan Dostuyev (67 kq) qızıl, 16-17 yaşlı gənclər arasında Rauf İmanov (61 kq) gümüş, Ömər Əliyev (30 kq) 10-11 yaşlı uşaqlar arasında bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, turnirdə 1000-ə yaxın idmançı iştirak edib.
20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş karate turnirinə yekun vurulub - FOTO
Rafael Ağayev federasiyanın vitse-prezidenti deyilmiş - Açıqlama
Rafael Ağayev istefa verir - VİDEO
Təmsilçimiz reytinq cədvəlinin zirvəsində
Ölkə çempionatına yekun vurulub