AZ

Kaliforniyada meşə yanğınları nəzarət altına alındı - FOTOLAR

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yanvarın 7-də başlayan Poliseyds və İton yanğınları 25 gün sonra nəzarət altına alınıb.

Türkiyə KİV-nin xəbərinə görə, bu barədə Kaliforniya Meşə və Yanğından Mühafizə Departamentindən məlumat verilib.

Məlumata görə, yanğın Poliseydsdə 23 000, İtonda isə 14 000 hektar ərazini külə çevirib, ümumi olaraq 16 000-dən çox tikili yararsız hala düşüb. Yanğınlar zamanı Poliseydsdə 12, İtonda 17 nəfər olmaqla ümumilikdə 29 nəfər həyatını itirib. İqtisadi itkilərin isə 250 milyard dolları keçəcəyi gözlənilir. Hadisə maliyyə baxımından Avropadakı təkrarsığorta şirkətlərini də vurub.

Dünyanın ən böyük təkrarsığorta şirkətləri arasında yer alan "Swiss Re" 160 milyon avro, "Munich Re" 220 milyon avro, "Hannover Re" 180 milyon avro və "SCOR" 50 milyon avro məbləğində zərər görə bilər.

"Cebheinfo.az"

Seçilən
9
1
cebheinfo.az

3Mənbələr