AZ

Oveçkin 179-cu qapıçını da məyus etdi

MHL klublarından “Vaşinqton”un hücumçusu Aleksand Oveçkin bu liqada 179-cu qapıçıya qol vurmasını belə şərh edib:

“Yaxşı, tarixi an idi. Ancaq hələ də qol vurmalı olduğum qapıçıların sayı çoxdu”.

“Football-plus.az” xəbər verir ki, rusiyalı ulduz yanvarın 31-də keçirilən “Ottava” ilə oyunda (5:4) rəqib qapısına yol tapıb. Həmin oyunda “Ottava”nın qapısını Aleksandrın əvvəllər heç vaxt qarşılaşmadığı finlandiyalı Leevi Merilyaynen qoriyub.

Merilyaynen MHL tarixində Oveçkindən qol “yeyən” 179-cu qapıçıdı. Rusiyalı ulduz məyus etdiyi qapıçıların sayı baxımından yeni rekord müəyyənləşdirdi. Əvvəlki rekord Yaromir Yaqra (178 qapıçı) məxsus idi.
Seçilən
20
football-plus.az

1Mənbələr