“Football-plus.az” xatırladır ki, cümə günü, yanvarın 30-da Serbiya universitetlərində təhsil alan yüzlərlə tələbə paytaxt Belqraddan Novi-Sad şəhərinə doğru yürüş edib. Tələbələrin etirazı noyabrın əvvəlində baş verən facivəi hadisə ilə bağlıdı. Onda ölkənin şimalında yerləşən Novi-Sad şəhərində dəmir yolu stansiyasının damının bir hissəsinin çökməsi nəticəsində 14 adam ölüb. Bu faciə həm Novi-Saddakı yerli hakimiyyət orqanlarını, həm də Belqraddakı mərkəzi hakimiyyəti ciddi tənqid hədəfinə çevirib. Prezident Aleksandr Vuçiç isə etiraz aksiyalarının ölkəni xaricdən dağıtmaq cəhdinə xidmət etdiyini deyib.
![Cokoviçdən](/uploads/posts/2025-02/1738413405_coko.jpg)