AZ

Almaniyanın sabiq prezidenti vəfat etdi

Almaniyanın sabiq prezidenti Horst Köhler (2004-2010-cu illərdə bu vəzifədə olub) 81 yaşında vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Prezidentinin ofisi məlumat yayıb.

Köhler ağır xəstəlikdən sonra fevralın 1-də səhər tezdən Berlində ailəsinin əhatəsində dünyasını dəyişib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mərhumun həyat yoldaşına başsağlığı verib və Köhlerin “ölkəyə çox böyük töhfələr verdiyini” qeyd edib.

Seçilən
15
5
operativmm.az

6Mənbələr