Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparıla bilməz.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O, partiyaların buna etiraz edəcəyini istisna etməyib:
“Bu proses bizi tamamilə qadağaya getməyə məcbur edə bilər. Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil”.