AZ

İranın Astara yük terminalının istifadəyə veriləcəyi vaxt açıqlanıb

Bakı. Trend:

İranın şimalında yerləşən Gilan vilayətində Astara yük terminalıgələn bir il ərzində istifadəyə veriləcək.

Trend-in məlumatına görə,bunu İranın yol və şəhərsalma nazirinin müavini və Yol və NəqliyyatTəşkilatının sədri Rza Əkbəri bu gün yeni yük terminalı iləyaxından tanış olarkən ölkənin yerli KİV-lərinə açıqlamasındadeyib.

Onun sözlərinə görə, bu yük terminalının 6 hektar ərazidətikilməsi üçün hazırlıq işləri aparılır. Hazırda ölkənin rəsmi qurusərhəd keçidlərinin tənzimlənməsi şurasında terminalın xəritəsiaraşdırılmaqdadır və yaxın gələcəkdə onun tikintisinəbaşlanacaq.

Əkbəri əlavə edib ki, 2023-cü ildə İran və Azərbaycanrəsmilərinin iştirakı ilə yeni körpü istifadəyə verilib. Buistiqamətdə köhnə terminalın yeni körpü istiqamətinə köçürülməsi vəyükdaşımanın tam şəkildə yeni körpü ilə həyata keçirilməsi üzrəişlər aparılır. Bu məsələ İran və Azərbaycan arasında Birgəİqtisadi Komissiyanın Tehran iclasında da xüsusi olaraqvurğulanıb.

Qeyd edək ki, 21 və 22 yanvarda Tehranda İran və AzərbaycanBirgə İqtisadi Komissiyanın 16-cı iclası keçirilib. İclasın sonundaiki ölkə arasında əməkdaşlıq sənədi imzalanıb.

Məqalədə:
Seçilən
42
3
az.trend.az

4Mənbələr