“Qazaxıstan Dəmir Yolları” (KTJ) şirkəti süni intellekt əsasında dəmir yolu üçün ən yaxşı işləmələrin sınağı, aprobasiyası və tətbiqi üçün rəqəmsal poliqonlar yaradır.
Qeyd olunur ki, dünyanın aparıcı analitik agentliyi olan IDC-nin vitse-prezidenti Andrey Beklemişev “Digital Almaty 2025” adlı Beynəlxalq Forum çərçivəsində “AI üzrə Qlobal koalisiya: Tərəfdaşlıq və inkişaf vektoru” mövzusunda keçirilən sessiyada süni intellekt bazarındakı qlobal trendləri bölüşüb.
Süni intellektlə bağlı qlobal xərclər ildə orta hesabla 30 %-dən çox artır, keçən il GenAI bazarında artım isə iki dəfədən çox olub. IDC 2028-ci ilə qədər süni intellekt texnologiyalarla bağlı qlobal xərclərin ümumi həcminin 620 milyard ABŞ dollarını üstələyəcəyini proqnozlaşdırır.