AZ

UEFA reytinqi: "Qarabağ" bu dəfə məyus etdi

Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri bəlli olub.

Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib.

Azərbaycan təmsilçisi "Qarabağ"ın Avroliqada "Olimpiakos"a 0:3 hesabı ilə uduzmasından sonra Ağdam təmsilçisinin sıralamadakı mövqeyi dəyişib.

Aktivində 32.000 xalı olan Qurban Qurbanovun komandası bir pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.

Danimarkanın "Midtyulland" komandası 32.750 xalla "Qarabağ"ı geridə qoyub.

Seçilən
7
19
publika.az

10Mənbələr