Bakının Nərimanov rayonunda 37 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Orucov Ağalar Aydabəy oğlu xəsarət alıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.