Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın report.az-a istinadən məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1986-cı il təvəllüdlü Nəbiyev Nicat Firidun oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.