AZ

Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib - FOTO

Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib.
Ekologiya.az bildirir ki, növbəti meşəbərpa tədbirləri bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində keçirilib.
 Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə keçirilən meşəbərpa tədbirləri zamanı ümumilikdə 8 mindən artıq  palıd, cökə, Eldar şamı və qoz tingi əkilib.
O qeyd edib ki, ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.

Seçilən
25
8
ekologiya.az

10Mənbələr