AZ

“Sumqayıt” “Araz-Naxçıvan”la heç-heçə etdi

Misli Premyer Liqasının XXI turunda "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.

Bu nəticə ilə "Araz-Naxçıvan" 43 xalla turnir cədvəlində ikinci, "Sumqayıt" isə 22 xalla altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 1:1.


Telegram kanalımız
Seçilən
98
5
yenisabah.az

10Mənbələr