AZ

"Adi səhvdən qol buraxmağımız bizi məyus edir" - Kurban Berdıyev

“Turan Tovuz” Misli premyer-liqasının 21-ci turunda “Səbail”lə heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında görüş haqda fikirlərini bildirib.

- İki xal itirmək üzücü faktdı. Amma onu da nəzərə alaq ki, 10 nəfərlə oynadıq. Hardasa qanunauyğun hal kimi saya bilərdik. Adi səhvdən qol buraxmağımız da bizi məyus edir.

- Karyeranızda belə hal olub ki, bu qədər müdafiəçiniz sıradan çıxsın?
- Xeyr, birinci dəfədi.

- Autsayderlər "Kəpəz" və "Səbail"lə oyunlarda xal itkilərinin səbəbi nədi?
- İkisi də fərqli oyundu. Bu gün 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi. Müqayisələr aparmağı doğru hesab etmirəm.

- Qırmızı vərəqə epizodunu necə şərh edərdiniz?
- Oyunçularımı xəbərdar etmişdim ki, belə vəziyyətlədə risk etməyin, topu uzaqlaşdırın. Kauan Martins topu saxlamaq istədi və nəticədə belə vəziyyət alındı.

- Emmanuel Hakmanın durumu necədi? Digər zədəli futbolçular nə vaxt sıraya dönəcək?
- - Onun belində zədə var. Nə vaxt qayıdacağını bilmirik. Qalan futbolçularımızın növbəti matça kimi qayıdacaqlarına ümid edirik.

ƏSƏD SEYİDOV

Seçilən
55
4
football-plus.az

9Mənbələr