Türkiyədə iki avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var.Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə Kırıkkale şəhərində qeydə alınıb. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.