Bakı. Trend:
“Mançester Yunayted” heyətinə yeni müdafiəçi qatacaq.
Trend xəbər verir ki,Danimarka millisinin və “Leççe”nin müdafiəçisi Patrik Dorquİngiltərə klubuna keçəcək.
Keçidlə bağlı tərəflər arasında razılıq əldə olunub. Transferüçün 30+5 milyon avro ödəniləcək. Futbolçu müqavilə imzalamaq üçünİngiltərəyə yollanıb.
Qeyd edək ki, Dorqu cari mövsüm A seriyasında keçirdiyi 21matçda 3 qol vurub.