“Sumqayıt” doğma divarlar arasında “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, matç qolsuz bərabərliklə başa çatdı. Oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov mətbuat konfransına qatıldı. O, bunları dedi:

“Yaxşı oyun oldu. İlk hissə daha çox bizim üstünlüyümüzlə keçdi. Əfsuslar olsun ki, penaltini yerinə yetirə bilmədik. Belə komandaya qarşı 1 xal qazanmaq yaxşıdır. Bu oyunla komandama alqış düşür. Hər iki komanda üçün 1 xalı ədalətli nəticə hesab edirəm".

Cavadova "Birinci hissə daha aktiv və dinamik keçdi. Komandanın fiziki durumu hər iki hissədə aktiv mübarizə aparmaq üçün yetərlidir?" sualı ünvanlanıb.

Cavadovun cavabı belə olub:

"Komandanın gücü olmasaydı, 90-cı dəqiqədə hücumda olmazdı. Oyundan-oyuna fərq var. Amma biz həmişə qalib gəlmək istəyirik. Futbolçularıma da bunu aşılaşmışam. Bugünkü oyunla bir daha sübut etdik ki, “Sumqayıt” yaxşı, dominant futbol oynayır. Hesab istədiyimiz kimi olmasa da belə bir rəqibə qarşı 1 xal qaneedicidir”.