Bildirilib ki, 30 yanvar 2024-cü ildə İran vətəndaşları tərəfindən Respublika meydanında oxunan mahnını çəkərək, onun mahiyyətini təhrif edən təqdimatla yayan G.B bununla Ermənistan hakimiyyətinə və polis əməkdaşlarına qarşı nifrət, dözümsüzlük və düşmənçiliyin qızışdırılmasına yönəlmiş cinayətlər törədib.
Qeyd edək ki, Güney azərbaycanlıların İrəvanın mərkəzində “Anadır arzulara hər zaman Qarabağ” mahnısını ifa etməsi Ermənistan sosial şəbəkə və mediasında müzakirələrə yol açmışdı.
Bunun ardınca Ermənistan MTX araşdırmalara başlamışdı. (Axar.az)
KONKRET.az