AZ

İngiltərə Premyer Liqası: Salahın dublu "Liverpul"a 3 xal qazandırdı

İngiltərə Premyer Liqasının 23-cü turunda lider "Liverpul" "Bornmut"la səfər matçına çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, mersisayd klubu rəqibinin qapısından 2 cavabsız top keçirib. Məhəmməd Salah 30-cu dəqiqədə penaltidən, 75-ci dəqiqədə isə oyun epizodundan fərqlənərək dubla imza atıb və komandasına 3 xalı qazandırıb - 0:2.

Hazırda 56 xala malik "Liverpul" ən yaxın izləyicisi "Arsenal"dan 9 xal irəlidədir. "Bornmut" isə 40 xalla turnir cədvəlində 7-ci sırada qərarlaşıb.

"Cebheinfo.az"

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr