AZ

Tbilisidə hökumət əleyhinə növbəti mitinq keçirilir

Tbilisidə hökumət əleyhinə daha bir etiraz aksiyası keçirilir.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Nəşr qeyd edir ki, vətəndaşlar yeni parlament seçkilərinin keçirilməsini və əvvəlki aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını tələb edirlər.

Gürcüstan televiziya şirkətlərinin məlumatına görə, müxalifətfəalları fevralın 2-də etirazın yeni formasına - Tbilisinin girişində magistral yolların bağlanmasına əl atmağı planlaşdırırlar. Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayaraq, magistralın strateji əhəmiyyətli obyekt olduğu və onun qarşısının alınmasının cinayət məsuliyyəti olduğu barədə xəbərdarlıq edib.

Mənbə: unikal.az

Seçilən
48
1
unikal.az

10Mənbələr