Oxu.Az xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bu gün dövlətimiz ölkənin sabahını etibar edəcəyi gənc nəslin formalaşmasına xüsusi önəm verir: "Prezident İlham Əliyevin fərman və sərəncamları, uğurla həyata keçirilən dövlət proqramları gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Dövlət başçısının fərmanı ilə Gənclər Fondunun yaradılması, paytaxt və regionlarda Gənclər evlərinin, Gənclərin Karyera və İnkişaf Mərkəzlərinin fəaliyyət göstərməsi gənclərlə işin dövlət siyasətinin prioriteti olduğunu sübut edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
6Mənbələr
-
far.azFərid Şahbazlı: Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxdı ( 15199673)
-
demokrat.az"Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxdı" ( 15199285)
-
report.azFərid Şahbazlı: Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxdı ( 15199095)
-
demokrat.azFərid Şahbazlı: "Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxdı" ( 15194015)
-
pravda.azFərid Şahbazlı: "Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxdı" ( 15193939)
-
azxeber.comFərid Şahbazlı: "Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxdı" ( 15193475)