AZ

Sumqayıtdakı matç qolsuz başa çatdı

Futbol üzrə Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.   Manset.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib. Matç qolsuz heç-heçə ilə yekunlaşıb. Günün ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Səbail"i sınağa çəkib. Görüşdə qalib müəyyənləşməyib – 1:1.  

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Tura fevralın 2-də "Zirə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.

Seçilən
27
4
manset.az

5Mənbələr