AZ

Avropada Türkiyəyə qarşı TƏXRİBAT: Səfirlik önündə Quran yandırıldı

Danimarkanın sağçı ekstremist Hardline partiyasının lideri Rasmus Paludan Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quran yandırma aksiyası keçirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Onun sözlərinə görə, İsveçdə Quran yandıran tədbirin təşkilatçısı Salvan Momikə hücum edildikdən sonra Danimarka polisi ona bu cür nümayişlər keçirməyi qadağan edib. Paludan vurğulayıb ki, Kopenhagendə tədbir onun şərəfinə keçirilib.

İraqlı qaçqın Momikaya hücum yanvarın 29-da baş verib. Onun meyiti İsveçin Sodertalye şəhərində tapılıb. Hadisə ilə bağlı polis 5 nəfəri saxlayıb.

Seçilən
41
4
publika.az

10Mənbələr