AZ

51 nəfəri daşıyan avtobus yük avtomobili ilə TOQQUŞDU

23:06 01.02.2025
23:06 01.02.2025

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.

Nəticədə, sərnişinlərdən biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.

Sərnişin avtobusuna da ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
77
21
mynews.az

10Mənbələr