Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 3-də Qətərə gedəcək.
“Azreform.info ” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, səfər iki gün davam edəcək.
H.Fidan Qətərin rəsmi şəxsləri ilə görüşəcəyi, ikitərəfli və regional məsələləri müzakirə edəcəyi gözlənilir.