Tiflisdə hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, etirazçılar Gürcüstan parlamentinin binası yaxınlığında toplaşıblar.
Aksiya səbəbindən parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti iflic olub.
Batumidə də etiraz aksiya keçirilir. Aksiyaçılar təkrar parlament seçkilərinin keçirilməsini və son iki ayda saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər.
Telegram kanalımız