Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Uğurlu mövsüm keçirən “Nottingem Forest” bu dəfə “Brayton”la ev oyununda 7 cavabsız qola sevinib. Mövsümün digər sürpriz komandası “Vulverhempton” da “Aston Villa” ilə ev oyununda inamlı qələbəyə imza atıb. “Everton” isə doğma meydanda “Lester Siti”ni 4 cavabsız qolla məğlub edib.
Üç qolun qeydə alındığı “İpsviç Taun” – “Sauthempton” və “Nyukasl” – “Fulhem” matçlarında qonaqlar oxşar hesabla qalib gəliblər. “Bornmut”un qonağı olan “Liverpul” da səfərdə inamlı qələbəyə sevinib.
İngiltərə, Premyer Liqa
24-cü tur
1 fevral
Nottingem Forest – Brayton 7:0
Qollar: Dank, 12-öz qapısına. Gibbs-Uayt, 25. Vud, 32; 64; 69. N.Uilyams, 89. Jota Silva, 90+1.
Bornmut – Liverpul 0:2
Qollar: Salah, 30-pen; 75.
Everton – Lester Siti 4:0
Qollar: Dukure, 1. Beto, 6; 45+2. Ndiaye, 90.
İpsviç Taun – Sauthempton 1:2
Qollar: Delap, 31 – Aribo, 21. Onuaçu, 87.
Nyukasl – Fulhem 1:2
Qollar: Mörfi, 37 – R.Ximenes, 61. R.Munis, 82.
Vulverhempton – Aston Villa 2:0
Qollar: Belleqarde, 12. Kunya, 90+7.
2 fevral
18:00. Brentford – Tottenhem
18:00. Mançester Yunayted – Kristal Palas
20:30. Arsenal – Mançester Siti
3 fevral
00:00. Çelsi – Vest Hem