AZ

“Bavariya” zəif rəqib üzərində çətin qələbə qazandı

“Bavariya” Bundesliqanın 20-ci turunda 17-ci sırada qərarlaşan “Holştayn Kiel”i qəbul edib.

Publika.az xəbər verir ki, görüşdə münxenlilər zəif rəqib qarşısında çətin qələbə qazanıblar – 4:3. Camal Musialanın 19-cu dəqiqədə hesabı açdığı qarşılaşmada Harri Keyn dubl edib. İngilis futbolçu ilk hissənin sonuncu (45+2) və ikinci hissənin ilk dəqiqələrində (46) rəqib qapısına yol tapıb. “Bavariya”nın dördüncü qolunu 54-cü dəqiqədə Sergi Qnabri vurub. Matçın 62-ci dəqiqəsində Finn-Dominik Poratın sayəsində bu qollardan birini əvəzini çıxan qonaqların heyətində Steven Skribski görüşün əsas vaxtına əlavə olunmuş hissədə daha iki qol vuraraq (90+1 və 90+3) hesab arasındakı fərqi minimuma endirib.

Beləliklə, görüşdə 4:3 hesabı ilə qalib gələn “Bavariya” ardıcıl altıncı qələbəsini qazanaraq xallarının sayını 51-ə çatdırıb. “Holştayn Kiel” isə 12 xalla 17-ci sırada qərarlaşıb.

Turun gün ərzində oynanılan digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Ştutqart” - “Borussiya Münxenqladbax” – 1:2;

“Haydenhaym” – “Borussiya Dortmund” – 1:2;

“Boxum” – “Frayburq” – 0:1;

Seçilən
52
4
publika.az

6Mənbələr