Əhməd əş-Şara Suriyanın keçid hökumətinin prezidenti kimi ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.
Axar.az xəbər verir ki, bu barədə Suriyanın “Əl Vətən” qəzeti məlumat yayıb.
Məlumata görə, o, fevralın 2-də Ər-Riyada gedəcək.
Səfərlə bağlı başqa məlumat verilməyib.
Qeyd edək ki, Əhməd əş-Şaranın yaxın vaxtda Türkiyəyə də səfər edəcəyi bildirilib.