AZ

Xaçmazda qəribə cinayət – Ərini bıçaqlayıb, arvadını maşınla vurdu

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Qaraçı kəndində A. Şərifov qohumu 35 yaşlı R. Məmmədovu bıçaqlayıb.

A. Şərifov daha sonra R. Məmmədovun həyat yoldaşı 34 yaşlı S. Məmmədovanı avtomobili ilə vurub.

Yaralanan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.

Hadisəni törədən A.Şərifovun da artıq saxlanıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
1
heftelik.az

3Mənbələr