ABŞ fevralın 4-dən Kanadanın bütün ixracatına 25% rüsum tətbiq edəcək.
APA xəbər verir ki, bu barədə Kanada hökumətindəki mənbəyə istinadən CBC telekanalı məlumat yayıb.
Məlumata görə, tariflər, ABŞ prezidenti Donald Tramp Kanadanın fentanilin (narkotik tərkibli ağrıkəsici vasitə) ABŞ-a axınını dayandırmaq üçün lazım olan hər şeyi etdiyinə əmin olana qədər qüvvədə qalacaq.