1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Aktyor Ben Afflekin keçmiş həyat yoldaşı Cennifer Qarnerlə dostluğu qadının iş adamı Con Millerlə yeni münasibətinə xələl gətirib.
Oxu.Az xəbər verir ki, bunu aktrisanın tanışları "Page Six"ə açıqlamasında deyiblər.
Məlumata görə, Miller Qarner və Afflekin birlikdə daha çox vaxt keçirməsindən heyrətlənib. Ben bütün bayramları onlarla keçirib. Con isə belə vəziyyətdə özünü üçüncü şəxs kimi hiss edib.
Deyilənlərə görə, aktyorlar müntəzəm olaraq yazışır və bir-birlərinə zəng edirlər.