AZ

Surroqat anadan qızı oldu - FOTO

Məşhur "Emily in Paris" serialının ulduzu Lili Kollins və rejissor həyat yoldaşı Çarli Makdauell ilk övladlarını qarşılayaraq həyatlarında yeni və sevgi dolu bir səhifə açıb.

ütlük, 31 yanvar 2025-ci il tarixində dünyaya gələn qızları Tove Ceyn Makdauellin doğumunu duyğusal sosial media paylaşımları ilə elan edib.

"Dünyamızın mərkəzinə xoş gəldin, Tove Ceyn Makdauell" - cütlük bu sözlərlə sevincini ifadə edib və onlara bu prosesdə böyük dəstək olan surroqat analarına minnətdarlığını bildirib. Kollins və Makdauell duyğusal mesajlarını, körpələrinin beşikdə sakitcə yatdığı şəkil ilə tamamlayıb.

Cütlüyün bu paylaşımı sosial mediada böyük diqqət çəkib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
78
2
milli.az

10Mənbələr