“Şaxtyor Donetsk”in keçmiş yarımmüdafiəçisi, hazırda Türkiyədə çıxış edən Dmitri Qreçişkin bildirib ki, Taras Stepanenkonun “Eyupspor” klubuna keçidində Donetsk klubunun keçmiş baş məşqçisi Mirça Luçesku vasitəşilik edib.
Publika.az xəbər verir ki, Dmitri bu barədə Ukrayna mətbuatına danışıb.
“Transferi həyata keçirəndə mümkün qədər yeni futbolçu haqda məlumat əldə edilir. Eşitdim ki, Stepanenkonu çox yaxşı tanıyan Mirça Luçesku da onun alınmasını tövsiyə edib.