ABŞ İŞİD hədəflərinə hava zərbələri endirib.
ABŞ qırıcı təyyarələrdən istifadə edərək Somalidəki İŞİD hədəflərinə hava zərbələri endirib.
Operativ Media xəbər verir ki, bu barədə mənbələrə istinadən ABC News məlumat yayıb.
Zərbələr Qırmızı dənizdə olan “USS Harry S. Truman” təyyarədaşıyan gəmisindən istifadə edilməklə həyata keçirilib. Qeyd olunub ki, bu, “Əş-Şəbab”a qarşı Somali qoşunlarının dəstəklənməsində olduğu kimi müdafiə əməliyyatı deyil, İŞİD-ə qarşı məqsədyönlü hərəkətlərdir.
Vurğulanıb ki, Pentaqon regionda İŞİD-ə hücum etmək üçün ilk dəfədir ki, döyüş təyyarələrindən istifadə edib.