AZ

"Roma"nın futbolçusu "İnter"də - Rəsmi

style='margin-bottom:10px;'>

"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, Milan təmsilçisi "Roma"dan Nikola Zalevskini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Polşa millisinin üzvü mövsümün sonuna qədər "İnter"də oyanayacaq. "İnter" 23 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, Nikola Zalevski "Roma"nın yetirməsidir. O, bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol ötürməsi edib.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr