Daha bir cüdoçumuz Fransanın paytaxtı Parisdə təşkil olunan "Böyük Dəbilqə" turnirində fəxri kürsüyə yüksəlib.
"Football-plus.az" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev yarışın bürünc medalını qazanıb.
O, üçüncü yer uğrunda görüşdə Portuqaliya təmsilçisi Otari Kvantidzeyə qalib gəlib.
Qeyd edək ki, Azərbaycanın digər cüdoçusu Ruslan Paşayev (66 kq) turnirin qızıl medalına sahib çıxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta