AZ

Toyuq əti doğranan bıçaqla digər ətləri doğramaq olmaz - Səbəbi açıqlandı

Toyuq əti doğranan bıçaqla digər ətləri doğramaq olmaz -

Toyuq ətini kəsən bıçaqla ətin kəsilməsi çarpaz çirklənməyə səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, kababçı Yaşar Aydın, bu cür çarpaz çirklənmənin ciddi zəhərlənmələrə yol açdığını vurğulayaraq, ət kəsilən bıçaqla toyuğun, toyuq kəsilən bıçaqla ətin kəsilməməsi lazım olduğunu qeyd edib. O, həmçinin, oyma bıçaqları və kəsmə taxtalarının ayrı saxlanmasının vacibliyini vurğulayıb.

Toyuq ətinin zəhərlənməyə ən həssas məhsul olduğunu ifadə edən Aydın, toyuq ətinin isti və ya uzun müddət suda qalmasının zəhərlənməyə səbəb ola biləcəyini vurğulayıb. Ət və toyuq üçün ayrı yerlər, bıçaqlar və taxtalar istifadə edilməli olduğunu, sağlamlığın hər şeydən önəmli olduğunu söyləyib.

Aydın, kababxanalarda təmizlənməmiş bacaların da zəhərlənməyə yol açdığını qeyd edərək, baca təmizliyi məsələsinin də vacib olduğunu vurğulayıb. Bacadan axan yağ qalıqlarının kababın üzərinə tökülərək zəhərlənmələrə səbəb ola biləcəyini bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
8
e-saglam.az

1Mənbələr