Donald Tramp ABŞ-nin NATO-nu maliyyələşdirməsinə şübhə ilə yanaşır.
Parol.az xəbər verir ki, o, Şimali Atlantika Alyansının ehtiyaclarına Amerika büdcəsindən istənilən vəsaitin xərclənməsinin zəruriliyini şübhə altına alıb.
Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ lideri fikrini belə izah edib: "Amerikalıları müdafiə edən NATO deyil, alyansı qoruyan ABŞ-dir".